Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR

Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR
  • Hərb / Manşet

  • Masallı rayonunda Vətən Müharibəsi Qəhrəmanı ordeni və vəsiqəsinin təntənəli təqdim edilməsi mərasimi keçirilib.

    Asiya.az
    xəbər verir ki, Heydər Əliyev Mərkəzində Viləş kəndindən olan İntiqam Əsgərliyə (ölümündən sonra) Vətən Müharibəsi Qəhrəmanı medalı və vəsiqəsinin təqdim edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib.

    Təqdimetmə mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai və dini təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak ediblər.

    Tədbir başlanmazdan əvvəl canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində qeyd etdi ki, Masallı rayonunda Vətən müharibəsi zamanı 61 şəhid olmuşdur. Şəhidlərimizin 50 nəfəri Masallı rayonu ərazisində dəfn olunmuşdur. 11 şəhidimiz isə Azərbaycanın digər şəhər və rayonlarında dəfn edilmişdir. 11 şəhidimizin bir nəfəri-Rahid Vahid oğlu Sadıxov Hişkədərə kənd qeydiyyatında olsa da, Abşeron rayonunun Saray qəsəbə qəbiristanlığında dəfn edilmişdir.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir. Onlardan 49 nəfəri sağlığında, 34 nəfəri isə ölümündən sonra layiq görülmüşdür. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2 nəfəri general-leytenant, 3 nəfəri general-mayor, 10 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 18 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 36 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru Qoşunlarının, 12 nəfəri Sərhəd Qoşunlarının, 7 nəfəri Hərbi Hava Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur. Digər 1 hərbi qulluqçunun xidmətdə olunduğu silahlı dəstə isə gizli saxlanılır. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2 nəfəri əslən Masallı rayonundan olan polkovnik-leytenant Ramiz Cəfərov və Viləş kəndindən olan gizir İntiqam Əsgərlidir.

    Bildirirk ki, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı adının təsis edilməsi haqqında qanunda göstərilir ki, Vətən Müharibəsi Qəhrəmanı adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.


    -Bu gün Viləş kəndindən olan İntiqam əsgərlinin Vətən Müharibəsi Qəhrəmanı medalının təqdimedilmə mərasiminə yığışmışıq. Onlar 44 gün müharibə zamanı yeni tarix yazdılar. 30 illik həsrətə son qoyuldu. Azərbaycanın inkişafı davam edəcək. Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən müharibə iştirakçıları hər cür qayğı ilə əhatə olunublar. Mən dəfələrlə şəhid İntiqam Əsgərlinin boy atdıqı, yaşadığı, tərbiyə aldığı evdə olmuşam,-deyə icra başçısı qeyd etdi.

    Rayon rəhbəri tədbirdə iştirak edən İntiqamın ata-anasına müraciət edib, Siz Vətən üçün çox gözəl, vətənpərvər övladlar böyütdüyündən, onların nə qədər məğrur, gözütox olduğuğundan, nümunəvi bir ata, nümunəvi bir ana olmasından danışıb, Allah şəhidlərimizin uyuduğu yerləri behişt eləsin, dedi.
    Rayon rəhbəri Ş.Məmmədov İ.Əsgərlinin Vətən Müharibəsi Qəhrəmanı medalı alqışlar sədası altında bir neçə ay bundan qabaq dünyaya gələn övladı İntiqamın yaxasına sancdı.

    Sonda tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli küçəsinə gedib, yolun asfaltlanması prosesini izləmişlər.

    İki şəhid-Nurlan və İntiqamın valideynləri - Ziba və Bayram Əsgərovlar övladlarının xatirəsinə göstərilmiş böyük etimada görə ölkə rəhbəri cənab İlham Əliyevə və icra başçısına hədsiz minnətdarlıq bildirdilər.
    Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR
    Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR
    Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR
    Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR
    Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR
    Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR
    Masallıda Vətən Müharibəsi Qəhrəmanı ordeni Şəhidin ailəsinə təqdim olundu - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər