Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR

Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
  • Sosial

  • Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən bulağın açılışı olub.

    Asiya.az
    xəbər verir ki, Bulaq Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi ilə şəhidin anası Bağırova Çiçək Ələddin qızı tərəfindən tikilib.

    Açılış mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, şəhid ailələri, qazilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak edib.
    Əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
    Əhəd Abıyev mərasimdə çıxış edərək deyib:

    “Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atdı.
    Prezidentimiz bütün dünyaya sübut etdi ki, dahi siyasətçi, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin layiqli varisi onun arzuladığı Qarabağı azad etdi və vəsiyyətini həyata keçirtdi. O həm də sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən qalib dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.
    44 günlük Vətən Müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan biri də şəhid Bağırov Elnur Sahib oğludur. Allah Elnur balamızı rəhmət eləsin, əziz ruhu şad olsun!
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.”

    Mərasimdə nitq söyləyən şəhid valideynləri, Vətən müharibəsi qaziləri Elnur Bağırovun qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Bağırov Elnur Sahib oğlu 1993-cü ildə Daşkəsən şəhərində doğulub. Elnur Bağırov Vətən müharibəsi başlayan gündən Murovdağ istiqamətində gedən döyüşlərdə igidlik göstərib. O, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
    Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
    Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
    Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
    Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
    Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
    Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
    Daşkəsəndə şəhid bulağının açılışı olub - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər