Füzulidə minaya düşənlərdən biri həlak oldu, digəri ayağını itirdi

Füzulidə minaya düşənlərdən biri həlak oldu, digəri ayağını itirdi
  • Hərb / Manşet / Olay

  • Füzuli rayonunda iki nəfər minaya düşüb.

    Bu barədə Asiya.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.
    Bu gün – iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, minaya düşənlərdən biri Nuru Nuriyev həlak olub: "Onun meyiti ərazidən çıxarılıb. Elnur Həşimov isə minaya düşməsi nəticəsində ayağını itirib. O ərazidən çıxarılaraq xəstəxanaya təhvil verilib".
    PAYLAŞ:

    Oxşar xəbərlər