Yol Patrul Xidməti avtomobili qəza törətdi

Yol Patrul Xidməti avtomobili qəza törətdi
  • Olay

  • Bakı-Ələt-Astara yolunda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

    Asiya.az
    xəbər verir ki, yolun Cəlilabad rayonundan keçən hissəsində “Hyundai Santa fe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb. Qəza nəticəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə ağır kəllə-beyin travması alıb. DYP əməkdaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər