Hüseyn Məhəmmədoğlu maddi ehtiyacdan “şaxta baba”lıq etdiyini etiraf etdi – VİDEO

Hüseyn Məhəmmədoğlu maddi ehtiyacdan “şaxta baba”lıq etdiyini etiraf etdi – VİDEO
  • Mədəniyyət

  • ARB TV-nin "Onun Sirri” verilişinin növbəti qonağı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub.

    Məşhur klarnetçi maddi ehtiyac səbəbindən "şaxta baba” kimi fəaliyyət göstərdiyini etiraf edib:

    "13-14 yaşım vardı. Pula çox ehtiyacımız vardı. Qırmızı xalat tapdım, bəzədim, pambıq alıb saqqal düzəltdim, hədiyyələr düzəltdim. Dekabrın 31-i qapı-qapı gəzib, şəkil çəkdirib pul qazanmağa başladım.

    Öz məhləmizdən başladım. Bir nəfər məni yoldan götürüb evlərinə apardı. Məktəb yoldaşımgilin evi idi. Mən onları tanıdım, amma onlar məni tanımadı. O vaxt yaxşı pul qazandım. Evə ərzaq aldım”.
    PAYLAŞ:

    Oxşar xəbərlər