Bakıda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər öldü - VİDEO

Bakıda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər öldü - VİDEO
  • Manşet / Olay

  • Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

    Asiya TV
    xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

    Belə ki, piyada üçün müəyyən edilməmiş hissədən keçən, təxminən 60-70 yaşlı kişini Bağırov Rauf Çingiz oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil vurub.
    Hadisə nəticəsində piyada ölüb. Sürücü isə hadisənin təsirindən şoka düşdüyü bildirilir.
    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər