Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR

Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Masallı Xalq teatrında Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzova ithaf edilmiş virtual ədəbi-bədii kompozisiya səhnələşdirilib.

    Asiya.az
    xəbər verir ki, “Qəhrəmanlıq qalası” adlı səhnə işində teatrın üzvləri və Masallı Dövlət Regional Kollecinin tələbələri rolları ifa ediblər.

    Teatrın rejissoru Cəmaləddin Əliyev tədbirin əvvəlində ötən ilin iyul ayında Tovuz rayonu istiqamətindəki qanlı döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlmiş vətən övladlarının qəhrəmanlığı barədə danışıb, həmçinin vətən sevgisi və şücaəti ilə vətənpərvərlik rəmzinə çevrilmiş igid oğulların mübarizliyinin xalqımızda birlik və həmrəylik ruhunun yüksəlməsinə, tarixi zəfərlə nəticələnən sonrakı hərbi-siyasi proseslərə təsirindən bəhs edib.

    Sonra aktyorların ifalarına yer verilib.

    Ədəbi-bədii kompozisiyada aktrisa Aybəniz Həsənova övladını vətən yolunda şəhid vermiş məğrur və nikbin ana obrazını məharətlə canlandırıb. Eyni zamanda, kollec tələbələri şəhidlik məqamı, vətən sevgisi, azadlıq, birlik, həmrəylik kimi ülvi mənəvi və milli dəyərləri ifadə edən şeirlər səsləndiriblər. Tamaşada Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin şagirdi Yusif Əzizli “Vətən yaxşıdır” musiqi kompozisiyasını ifa edib.
    Virtual tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatçısı Elsevər Əliyev, musiqi tərtibatçısı isə Ruslan Zahidovdur. Kompozisiyada musiqiləri Atamoğlan Zahid səsləndirib.

    Ədəbi-bədii kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR

    Sonra Masallı şəhər Heydər Əliyev Mərkəzində Tovuz döyüşlərinin şəhidi mayor Anar Novruzova həsr edilən “Akula ləqəbli qəhrəman” sənədli filminin nümayişi olub.

    Asiya.az
    xəbər verir ki, film nümayişinə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ağsaqqal və veteran təşkilatları, şəhid ailələrinin üzvləri, gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

    “Cənubunsəsi.az” saytının təşəbbüsü ilə keçirilən tədbirin aparıcısı Gülcahan Vəkilzadə 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən və bu döyüşlərdən qığılcımlanan Vətən Müharibəsindən danışdı.
    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Novruzov ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

    Aparıcının sözlərindən sonra “Akula ləqəbli qəhrəman” adlı ekran əsəri nümayiş olunub.
    Film nümayişindən sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Aybəniz Qafarova icra başçısı Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdıraraq belə bir təqdirəlayiq filmin yaradıcı kollektivinə uğurlar arzuladı. Rayon rəsmisi filmin sonrakı vaxtlarda həm Mərkəzdə, həm də rayon məktəblərində nümayişinin təşkil olunmasına tapşırıq verdi.
    Masallı rayon İctimai Şuranın sədri, “Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, Bakıdan gələn Qarabağ veteranı Firdovsi Xəlilov, Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, şəhid mayorun qardaşı Sucəddin Novruzov, “Asiya.az” xəbər portalının rəhbəri Cəfər Cəfərov şəhidin həyat yolundan söhbət açıb, çəkilən film barədə xoş sözlər söylədilər.
    Bildirildi ki, filmdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmancasına döyüşən əsgər və zabitlərimizin ortaya çıxan yeni müsbət cizgiləri, ən əsası hər bir azərbaycanlının Qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb.

    Qeyd edək ki, ssenari müəllifi və rejissoru Mərhəmət Lələyev, operator və montaj rejissoru Nurşad Bayramov, fotoqrafı Rəşad Fərəcov olan film şəhid mayorun qardaşı Sucəddin Novruzovun təşəbbüsü ilə həyata vəsiqə alıb.
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR

    Film nümayişindən sonra tədbir iştirakçıları, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Rəşid Talıbov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayon üzrə səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və digərləri şəhid Anar Novruzovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    Şəhid Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya nümayiş edildi - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər