İcra Başçısı şəhid oğlu ilə özünü reklam etdi - VİDEO

İcra Başçısı şəhid oğlu ilə özünü reklam etdi - VİDEO
  • Sosial / Araşdırma

  • Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova özünü şəhid oğluna mobil telefon bağışlamaqla reklam edir.

    Asiya TV
    xəbər verir ki, İcra Hakimiyyəti tərəfindən şəhid İşiyev Rafael Əhmədağa oğlunun həyat yoldaşı Sevda İşiyeva ilə əlaqə saxlanıb, övladı Hüseynin istəkləri öyrənilib.

    Qəhrəmanımızın oğlunun mobil telefon istədiyi müəyyən edilib. Samsung-A52 mobil telefon Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasının müdiri Samirə Məmmədova və Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Bayramova tərəfindən ailəyə təqdim edilib.

    Bu hədiyyənin Abşeron İcra Hakimiyyəti tərəfindən ictimailəşdirilməsi, şəhid oğluna telefon təqdim olunarkən foto çəkdirilib yayılması ikrah hissi doğurub. Sosial şəbəkə istifadəçiləri bu faktı rüsvayçılıq adlandırıblar.

    Üstəlik, hədiyyə iki bağça müdirəsi tərəfindən verilib, görünür, İradə Gülməmmədova Samsung–A52 almağın xərcini onların boynuna qoyub, özünü isə şəhid oğluna hədiyyə verməklə reklam edir.
    Halbuki, “bir əlin verdiyini, o biri bilməz” prinsipi ilə davranılmalı, kiçik bir istəyin həyata keçirilməsi böyük iş kimi ictimailəşdirilməli deyildi.

    Ölkədə onlarla xeyriyyəçi, iş adamı var ki, qaziləri müalicə etdirib, şəhid ailəsinə dəstək olub, amma adını heç bir yerdə açıqlanmasına razı olmayıb. Bu, həm də şəhid ailələrinə bir mənəvi borcun yerinə yetirilməsidir.

    Lakin hər işi üz-gözünə bulaşdıran, bacısı oğlu, baş memarı rüşvətlə həbs edilən, Abşeronu qarış-qarış satan, fərdi ev tikintisinə görə rüşvət yığdırmaqla ad çıxarana icra başçısı indi rəzil bir addım ataraq bağça müdirlərinin şəhid oğluna telefon bağışlamasını ictimailəşdirir.

    Qarşı tərəfi də dinləməyə hazırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər