Masallıda Milli Mətbuat Günü qeyd edildi - VİDEO/FOTOLAR

Masallıda Milli Mətbuat Günü qeyd edildi - VİDEO/FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Masallı Rayon İcra Hakimiyyəti 22 iyul - Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin rayon mətbuatı və Cənub bölgəsi üzrə müxbirləri ilə birgə qeyd edib.

    Asiya TV
    xəbər verir ki, Masallı Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov toplantıda çıxış edərək, rayon rəhbəri Şahin Məmmədovun rayon və respublika mətbuatında fəaliyyət göstərən jurnalistlərə Milli Mətbuat Günü ilə bağlı salamlarını və təbriklərini çatdırıb.

    O qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı hər kəs qalibiyyət üçün əzmlə çalışır, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək qətiyyət məqsədi qoymuşdu.
    Belə insanların arasında kütləvi informasiya vasitələrinin rayon və respublika qəzetlərinin, teleradioların bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıq nümayiş etdiriblər. Media nümayəndələri Azərbaycan xalqına, ictimaiyyətə dəqiq və qərəzsiz informasiyaların vaxtlı-vatında yayımlanması istiqamətində əzmkarlıq göstəriblər.

    Sonra “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Azərbaycan Televiziyasının müxbiri Pərvanə Əliyeva, “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov, “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov, “Cənubun səsi” xəbər portalının baş redaktoru Mərhəmət Lələyev, Azərbaycan Yazıçılar Birliyinin rayon təşkilatının sədri Həsənağa Əliyev, “Yeni həyat” qəzetinin ədəbi işçisi Akif Ağayev və başqaları dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəlməyindən, pandemiya dövründə media təmsilçilərinin fədakarlığından söhbət açıblar.

    Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Aybəniz Qafarova jurnalistləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib, cansağlığı arzulayıb.
    Sonda Aybəniz Qafarova 20-dən yuxarı jurnalistin mükafatlandırılması barədə rayon rəhbərinin sərəncamını oxuyub.
    Video: Nurşad Bayramov
    Fotolar: Elsevər Əliyev və Rəşad Fərəcov

    PAYLAŞ:

    Oxşar xəbərlər