Masallıda PATI satanlar saxlanıldı - VİDEO

Masallıda PATI satanlar saxlanıldı - VİDEO
  • Manşet / Hadisə

  • Masallı rayonunda “patı”nın qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat tədbirləri ilə psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıblar.

    Keçirilən baxış zamanı həmin şəxslərin üzərindən ümumilikdə 13 bükümdə metamfetamin aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər