2 saylı İstintaq Təcridxanasının rəis müavini kef edir - VİDEO

2 saylı İstintaq Təcridxanasının rəis müavini kef edir - VİDEO
  • Araşdırma / Cəmiyyət

  • Ölkə mətbuatında Penitensiar Xidmətdəki özbaşınalıqlardan və haqsızlıqlardan kifayət qədər xəbərlər yayımlansa da həmin xəbərlərin əksəriyyətinə "Yalandır, həqiqəti əks etdirmir" kimi açıqlamalar verilib. Heç bir halda təqdim olunan faktlar obyektiv araşdırılmayıb.

    Asiya TV
    xəbər verir ki, “7gün.az”-a göndərilən videoda görünür ki, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının tərbiyə işləri üzrə rəis müavini vəzifəsini icra edən Elşad Abbasov bir neçə tanışı ilə birlikdə dövlət tərəfindən ona verilən xidməti avtomobillə dağlarda gəzib, istirahət edərək “Gözəllik budur eee” deyərək hayqırırlar..

    Burada sual yaranır. Xidməti avtomobil Elşad Abbasova dağlarda gəzib kef eləmək üçün verilibmi?

    Əlbəttə, yox!

    Asiya TV-nin əldə etdiyi məlumata görə Elşad Abbasova rahatca əl-qol açmağa 2 saylı İstintaq Təcridxanasının rəisi Asif Quliyev şərait yaradıb.

    Bu heç də əbəs yerə deyil. Onların eyni rayondan olduğu və Elşad Abbasovu bu vəzifəyə məhz Asif Quliyevin gətirdiyi hamıya məlumdur.
    Qarşı tərəfin də söz haqqını tanıyırıq.
    Asiya TV
    PAYLAŞ:

    Oxşar xəbərlər