Ucarda baş verən yol qəzasında 4 nəfər xəsarət aldı - VİDEO

Ucarda baş verən yol qəzasında 4 nəfər xəsarət aldı - VİDEO
  • Olay

  • Ucarda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

    Asiya TV
    xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
    Belə ki, Gəncə istiqamətində hərəkətdə olan “Mersedes" markalı minik maşını idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Nəticədə Göyçay rayon sakinləri - 1997-ci il təvəllüdlü Rəsul Məmmədli, 1994-cü il təvəllüdlü Elgün Qasımov, 1960-cı il təvəllüdlü Şahin Qasımov və 1987-ci il təvəllüdlü Fariz Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər