"Şeyxülislam Hacı Allahşükür Paşazadə" - Anar İsgəndərovun yazısı

"Şeyxülislam Hacı  Allahşükür Paşazadə" - Anar İsgəndərovun yazısı
  • Siyasət / Araşdırma

  • “Siz dini-ictimai xadim kimi beynəlxalq aləmdə də böyük nüfuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyətiniz təqdirəlayiqdir. Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları İslam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır.”
    Heydər Əliyev,
    Azərbaycan Respublikasının
    Ümummilli lideri


    “Şeyx həzrətləri dünyada çox böyük nüfuza malik olan bir şəxsiyyətdir. Şeyx həzrətləri Azərbaycan xalqının Ümummilli lideri, mənim atam Heydər Əliyevlə də çox yaxın dostluq əlaqələri saxlamışdır. Bu şəxsi dostluq ölkəmiz üçün də çox vacibdir. Bu gün mənimlə hörmətli Şeyx
    həzrətləri arasında münasibətlər çox səmimidir, dostluq münasibətləridir. Biz bu dostluqdan çox məmnunuq. Bu dostluq həm bizim üçün, həm də ölkəmiz üçün lazımdır. Bizim hörmətli Şeyx həzrətləri ilə dostluğumuz sarsılmazdır.”
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti


    Şeyxülislam Allahşükür Paşazadə 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur.
    1. Cil kəndində VII imam Museyi-Kazım əleyhusəlamın üç nəvəsi-Seyid İbrahim, Seyid Teymurxan, Seyid Davud dəfn olunmuşdur.
    2. Cildə Seyid Xəlifə ocağında palıd ağacının 1500 il yaşı vardır.
    3. Cildə Sufi ocağı mövcüddür.
    4. İkinci dünya müharibəsi illərində Cil kəndinin 150 sakini Qafqaz dağları ilə Berlin arasında cəbhədə şəhid olmuşdur.
    5. İlk ruhani dərsini Molla İzzətdən almışdır.
    6. Şeyx Qüdrət,Şeyx Müzəffər,Şeyx Bəşir,Şeyx Qələm,molla Hüseynəli,molla Müseyib,molla Hüseyn müəllimləri olmuşdur.
    7. Orta məktəb illərində pioner və komsomol sıralarına keçməkdən imtina etmişdir.
    8. 1966-cı ildə Veravul orta məktəbini bitirmişdir.
    9. Buxarada “Mir-Ərəb” mədrəsəsini, Daşkənddə İslam İnstitutunun ilahiyyat fakültəsini bitirmişdir.
    10. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin məsul katibi,Təzəpir məscidinin axundu,Sədrin müavini vəzifələrində çalışmışdır.
    11. 1980-ci ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri və Qafqazın 12-ci Şeyxülislamı seçilmişdir.
    12. Sovet dönəmində Sovet Sülhü Müdafiə Komitəsinin,Sovet Sülh Fondunun,Sovet Uşaq Fondunun,Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin,SSRİ Ali Soveti Millətlər Şurasının üzvü olmuşdur.
    13. 1986-ci ildə Bakıda dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndənin iştirak etdiyi “Müsəlmamlar sülh uğrunda mübarizədə”Beynəlxalq İslam Konfransı onun təşəbbüsü ilə keçirilmişdir.
    14. 1987-ci ildə Moskvada keçirilən “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun həmsədri olmuşdur.
    15. Sovet hökumətinin Əfqanıstana qoşun yeritdiyi illərdə Əfqanıstanın siyasi və dini liderləri ilə danışıqlarda məsul şəxs kimi iştirak etmişdir.
    16. Əfqanıstanda əsirlikdə olan 200 nəfərdən çox müsəlman əsgərinin azad olunmasına nail olmuşdur.
    17. 1989-cu ildə BMT-nin Cenevrədəki Millətlər Sarayında keçirilən 45-ci sessiyasında geniş məruzə ilə çıxış etmişdir.
    18. 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimi olmuşdur.
    19. Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün rus,gürcü ,erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə dəfələrlə görüşlər keçirmiş,erməni kilsəsinin rəhbərlərini konstuktiv dialoqa dəvət etmişdir.
    20. Qarabağ münaqişəsinin dini müstəviyə keçməməsi üçün Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Montre(İsveçrə) şəhərində,Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Rostov,Moskva,Bakı,Tibilisi şəhərlərində çoxsaylı görüşlərdə iştirak etmiş,imzalanan birgə bəyannamələrdə Azərbaycanın ədalətli mövqeyini əks etdirən məqmların yer almasına nail olmuşdur.
    21. Beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə,insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olan Xocalı və Ağdaban(Kəlbəcər) qətliamına soyqırım statusu verməyə çağırmışdır.
    22. Ermənistanın Azərbaycana təcavüzünün nəticəsi olaraq işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı dünya dövlətlərinin başçılarına,parlamentlərinə ,beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışdır.
    23. Moskva və bütün Rusiya Patriarxı II Aleksi və erməni katolikosu IQareginlə münaqişə bölgəsində əsirlərin,yaralıların və meyitlərin qaytarılması barəsində üçtərəfli”Moskva bəyannaməsi”nin imzalanmasına nail olmuşdur.
    24. 1990-cı il yanvarı 20-də sovet ordusunun Bakıya daxil olması,dinc əhalinin qətlə yetirilməsi,yerli hakimiyyətin tam iflic vəziyyətinə düşməsi,ölkənin taleyinin qərarsızlığı dönəmində dini lider kimi çoxsaylı təhdid və təzyiqlərə baxmayaraq,xalqına öncüllük etməyə nail olmuşdur.
    25. 20 yanvar qırğını ilə bağlı sovet dövlətinin başçısı Mixail Qorbaçova ünvanlanan ittihamnamə,BMT-nin Baş Katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına göndərilən müraciətlər Azərbaycanın müstəqilliyi tarixində imperiya siyasətini lənətləyən ilk manifest kimi tarixə düşmüşdür.
    26. Moskvadan Bakıda törədilən dövlət cinayətinə öz diddət və etirazını bildirən ,dünya ictimaiyyəti qarşısında SSRİ rəhbərliyini ifşa edən ümummilli lider Heydər Əliyev və Bakıdan isə M.Qorbaçova nifrət və qəzəblə dolu açiq müraciət ünvanlayan Şeyxülislam Allahşükür Paşazadə olmuşdur.
    27. 1991-ci ilin dekabrında Dakarda Azərbaycanın müsəlman respublikaları arasında ilk dəfə İslam Konfransı Təşkilatına üzv qəbul edilməsində müstəsna xidməti olmuşdur.
    28. 1990-cı il 20 yanvar ərəfəsində Bakıya ezam olunmuş SSRİ Ali Soveti İttifaq Sovetinin sədri,şərqşünas Yevgeni Primakovun :Azərbaycanda hakimiyyəyi ələ almağa ən layiqli namizəd Şeyxülislam Allahşükür Paşazadə həzrətləridir fikrinə Şeyxin cavabı gecikmədi:Əvvəla,mənim iki rükət namazım sizin təklif etdiyiniz hakimiyyətdən qat-qat üstündür.İkincisi,mən Moskvada Ali Komsomol Məktəbini yox,Buxarada Mir-Ərəb mədrəsəsini bitirmişəm.
    29. 20 yanvar şəhidlərinin Şəhidlər Xiyabanında dəfn olunmasına nail olmuşdur.
    30. Bakı mədrəsəsinin təşkil olunmasına nail olmuşdur.
    31. 1975-ci ildə ilk dəfə Həcc ziyarətində olmuşdur
    32. 1991-ci ildə Qafqazda ilk ali dini təhsil verən Bakı İslam Universitetinin yaradılmasıns nail olmuşdur.
    33. Misir Respublikasının I dərəcəli “Əl-elm və əməl”ordeni ilə təltif olunmuşdur.
    34. 1992-ci ilin sentyabrında Qroznı şəhərində Azərbaycan,Gürcüstan,Dağıstan,Kabarda-Balkar,Çeçenistan,İnquşetiya,Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilmişdir.
    35. ”Qafqazda İslam” mövzusunda doktorluq müdafiə edərək tarix elmləri doktoru elmi adını almışdır.
    36. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
    37. İordaniya İslam Mədəniyyətini tədqiq edən “Al-Əl-Beyt”İslam Fikri Kral Akademiyasının müxbir üzvü şəhadətnaməsi və döş nişanı ilə təltif olunmuşdur.
    38. Qafqaz Müsəlmanları İdarəsinin yanında nüfuzlu ziyalılardan ibarət Elmi-Dini Şuranın yaradılmasına nail oldu.
    39. Çeçenistan Respublikasının “Milli qəhrəmanı”adına layiq görülmüşdür.
    40. Rusiya Prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini ifşa və tənqid edən etiraz məktubu göndərmişdir.
    41. Azərbaycan Respublikasının “İstiqlal”ordeni ilə təltif olunmuşdur.
    42. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır.
    43. Rus Pravoslav kilsəsinin “Böyük Knyaz Vladimir adına I dərəcəli ordeni” ilə təltif olunmuşdur.
    44. Qafqaz Müsəlmanlarının XI qurultayında yekdilliklə Qafqaz Müsəlmanları İdarəsinin ömürlük sədri seçilmişdir.
    45. Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında ömürlük Ali Dini Şuranın sədri seçilmişdir.

    46. Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dinlərarası Şurasının həmsədri seçilmişdir.
    47. Roma Papası II İohan Pavel adına medalla təltif olunmuşdur.
    48. Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam ordeni”ni təsis etmişdir.
    49. Vatikan dövlətinin”Müqəddəs Qreqori”ordeni ilə təltif olunmuşdur.
    50. Rus Pravoslav Kilsəsinin I dərəcəli “Müqəddəs Sergi Radonejski” ordeni ilə təltif olunmuşdur.
    51. Rusiya Müftilər Şurasının I dərəcəli “Əl-Fəxr” ordeni ilə təltif olunmuşdur.
    52. Dünya Din Xadimlərinin Moskva Sammitinin təşkilində və keçirilməsində xüsusi xidmətləri ilmuşdur.
    53. Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmuşdur.
    54. İordaniya Haşimilər Krallığının ali dövlət mükafatı I dərəcəli “Kral Hüseyn”ordeni ilə təltif olunmuşdur.
    55. Azərbaycan Respublikasının “Şərəf”ordeni ilə təltif olunmuşdur.
    56. Çeçenistan Respublikasının “Kadırov” ordeni ilə təltif olunmuşdur.
    57. Gürcüstan Respublikasının ali dövlət mükafatı “Qoyunun qızıl dərisi” ordeni ilə təltif olunmuşdur.
    58. Rusiya Federasiyasının “Şərəf” ordeni ilə təltif olunmuşdur.
    59. Rus Pravoslav Kilsəsinin “Şöhrət və Şərəf” ordeni ilə təltif olunmuşdur.
    60. Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli “Ümmət qarşısında xidmətlərinə görə”ordeni ilə təltif olunmuşdur.
    61. Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli “Müqəddəs Apostol Varfolomey” ordeni ilə təltif olunmuşdur.
    62. Çeçenstanda müharibənin dayandırilmasında,dünyada şiə-sünnü məzhəbləri arasında ayrı-seçkilik probleminin aradan qaldırılmasında ,Aşura zamanı bədənə yetirilən xəsarətlər nəticəsində tökülən qanın əvəzinə talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyasının təşkili və həyata keçirilməsində göstərdiyi xidmətlərinə görə Beynəlxalq Nobel Mükafatına namizəd təqdim olun -muşdur.
    63. Dünya Dini Liderlərinin I Bakı Sammitinin təşkilində və keçirilməsində xüsusi xidmətləri olmuşdur.
    64. ATƏT-in Minsk qrupunun həmsədrləri Robürt Bradtke(ABŞ), Bernar Fasye(Fransa),İqor Popov(Rusiya) və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kasperşiki qəbul etmişdir.
    65. Serbiya Respublikasının “İmperator Böyük Konstantinin Qızıl Sikkəsi” ilə təltif olunmuşdur.
    66. ABŞ-ın Texas Ştatının fəxri vətəndaşı elan olunmuşdur.
    67. ”Krank Montana” Forumunun qızıl medalı ilə təltif olunmuşdur.
    68. Belarus Pravoslav Kilsəsinin I dərəcəli “Svyatitel Kiril Turovski” ordeni ilə təltif olunmuşdu.
    69. Gürcüstan Respublikasının ali mükafatı “Şəfəq” ordeni ilə təltif olunmuşdur.
    70. Belarus Respublikasının “Fransisk Skorina” ordeni ilə təltif olunmuşdur.
    71. Rus Pravoslav Kilsəsinin I dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil” ordeni ilə təltif olunmuşdur.
    72. Bakıda “Heydər” məscidinin açılışınds iştirak etmişdir.
    73. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə Məkkədə Ümrə ziyarətində olmuşdur.
    74. İnquşetiya Respublikasının “Xidmətlərə görə”ordeni ilə təltif olunmuşdur.
    75. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad bin Amin Mədəni, İSESCO-nun Baş Direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdülaziz Al-Nasseri qəbul etmişdir.
    76. Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı -“Əl -İzzət -Şərəf,Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunmuşdur.
    77. Azərbaysan Respublikası Prezidentinin “Fəxri diplomu” ilə təltif olunmuşdur.
    78. Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəmisinə Müraciət göndərmişdir.
    79. Helsinkidə “Mültikultiralizm ,İslam həmrəyliyi və dinlərarası tolerantlıq :Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransı təşkil etmiş və məruzə ilə çıxış etmişdir.
    80. Bakı Dövlət Universitetində “Azərbaycan Cümhuriyyəti-100: müsəlman Şərqində ilk parlamentli Respublika” mövzusunda keçirilən beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişdir.
    81. Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunmuş yubiley tədbirində fəxri qonaq kimi iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
    82. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin himayəsi ilə Astanada keçirilən “Dünya və ənənəvi dini liderlər”in VI qurultayında iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
    83. Azərbaycan Respublikasının Prezidentinin himayəsi ilə Vladiqafqazda bərpa edilmiş Muxtarov məscidinin açılışında məruzə ilə çıxış etmişdir.
    84. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918-2018) yubiley medalı ilə təltif edilmişdir.
    85. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə “HEYDƏR ƏLİYEV”ordeni ilə təltif edilmişdir.
    86. Dünyada həm şiə, həm də sünnü məzhəbləri ilə bağlı fətva verən yeganə din xadimi kimi “Ən nüfuzlu 500 müsəlman”ın siyahısına daxil edilmişdir.
    87. Alaniya Respublikasının paytaxtı Vladiqafqazda II dünya müharibəsi illərində Mozdokun azad olunmasında həlak olmuş 223-cü Azərbaycan atıcı diviziyasının əsgərlərinin anım mərasimində çıxış etmişdir.
    88. Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə bağlı təsis edilmiş qızıl xatirə medalı ilə təltif edilmişdir.
    89. Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə ilə Dünya dini liderlərinə və parlamentlərinə ,BMT, ATƏT, AŞ, İƏT, İnsan Hüquqları üzrə
    Avropa Məhkəməsinə
    müraciət ünvanlamışdır.
    90. 27 sentyabr 2020- ci il tarixində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Azərbaycandakı dini konfensiya rəhbərləri ilə mətbuat konfransı keçirmiş və Vətən müharibəsi ilə bağlı birgə bəyanat yaymışdır.
    91. 44 günlük II Qarabağ müharibəsi ilə bağlı Fransanın nüfuzlu “Le Monde”qəzetinə müsahibə vermişdir.
    92. Dini konfessiya rəhbərləri ilə işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmişdir.
    93. Azərbaycandakı dini konfessiya rəhbərləri də daxil olmaqla geniş nümayəndə heyətilə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etmişdir.
    94. Müsəlman din xadimləri və dini konfessiya rəhbərlərinin iştirakı ilə İkinci Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət etmişdir.

    “Hacı Allahşükür Paşazadə İslam dünyasında parlaq və heç zaman sönməyən ulduzdur.”
    Şeyx Bürhanəddin Rəbbani,
    Əfqanıstan İslam Cəmiyyətinin sədri


    Mənbə: Azərbaycanın görkəmli din xadimləri.(Azərbaycan,ingilis,rus dillərində).Bakı, 2019.
    Anar İsgəndərov,
    Tarix elmləri doktoru, professor, millət vəkili.
    PAYLAŞ:

    Oxşar xəbərlər