Dəmir yolu vağzalında qadını bıçaqlanaraq öldürən şəxsin kimliyi bilindi

Dəmir yolu vağzalında qadını bıçaqlanaraq öldürən şəxsin kimliyi bilindi
  • Hadisə

  • İyulun 30-u səhər saatlarında Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Xaçmaz Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda istintaq davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər