FHN-in Türkiyədə olan qüvvələri yanğınların genişlənməsinin qarşısını aldı - VİDEO

FHN-in Türkiyədə olan qüvvələri yanğınların genişlənməsinin qarşısını aldı - VİDEO
  • Dünya / Manşet

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.

    Belə ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.
    Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, Nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır.
    PAYLAŞ:

    Oxşar xəbərlər