“Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı – ANBAAN VİDEO

“Prado” piyadanı vurub öldürdü, daha sonra üç maşına çırpıldı – ANBAAN VİDEO
  • Olay

  • Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az
    xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev açıqlamasında bildirib ki, hadisə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində baş verib:

    "Ölümlə nəticələnən yol-nəqliyyat hadisə bu gün 18:09 radələrində baş verib. 90-FD-955 dövlət qeydiyyat nişanlı "Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək piyadanı vurub. Təxminən 30 yaşlı şəxs hadisə yerində vəfat edib”.

    O qeyd edib ki, sürücü daha sonra üç avtomobilə çırpılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər