Azərbaycan karateçisi ikinci olub

Azərbaycan karateçisi ikinci olub
  • İdman

  • Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

    Asiya.az
    saytının məlumatına görə, millimizin aktivinə karateçi İrina Zaretska gümüş medal yazdırıb.

    +61 kq çəki dərəcəsində qrupu birinci pillədə bitirən qadın idmançımız yarımfinal səddini də keçməsinə baxmayaraq, finalda məğlub olub.

    Zaretska bununla Azərbaycan yığmasının heyətində gümüş mükafata yiyələnən 3-cü idmançı olub. Ona qədər digər karateçi Rafael Ağayev (75 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) eyni əyarlı medal qazanıb. Cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və sərbəst güləşçi Mariya Stadnik (50 kq) bürünc əldə edib.

    Karate
    7 avqust
    Qadınlar, +61 kq
    A qrupunda yer alan Avropa və dünya çempionu İrina Zaretska ilk olaraq Yaponiya təmsilçisi Ayumi Ueska ilə qarşılaşıb. Karateçimiz qarşılaşmanı 4:1 hesabı ilə aktivinə yazıb. O, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) da gücünü göstərib, Karateçimiz bu dəfə 3:2 hesabı ilə qalib gəlib.

    Zaretska üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. O, Sofiya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub. Təmsilçimiz son döyüşündə isə Meltem Hocaoğluya qalib gəlib. Türkiyə idmançısını 4:0 hesabı ilə məğlub edən İrina qrupu 6 xalla birinci pillədə başa vurub.

    Ən azı bürünc medalı özü üçün təmin edən 25 yaşlı karateçi yarımfinala yüksəlib. O, finala gedən yolda digər qrupun ikincisi olan çinli Li Qonqla üz-üzə gəlib. Təmsilçimiz bu dəfə də qələbə qazanmaqda çətinlik çəkməyib - 7:2. Zaretska finalda misirli Feryal Abdelazizlə qarşılaşıb. O, uğurlu seriyanı davam etdirə bilməyib və 0:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

    Qeyd edək ki, karate millimiz yarışa üç idmançı ilə qatılıb. Firdovsi Fərzəliyev (67 kq) qrupda qalıbsa, Rafael Ağayev (75 kq) gümüş medal qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər