“Ölsəm, səbəbi "Bizon"dur”- enerji içkisinin içərisindən şüşə çıxdı - VİDEO

“Ölsəm, səbəbi "Bizon"dur”- enerji içkisinin içərisindən şüşə çıxdı - VİDEO
  • Araşdırma / Olay

  • Azərbaycanda satılan "BİZON" enerji içkisinin içərisindən şüşə qırıntıları çıxıb.

    Asiya TV
    xəbər verir ki, bu barədə gənc yazıçı Elşad Barat öz sosial media hesabında yazıb.

    Onun sözlərinə görə, məsələylə bağlı şirkətlə əlaqə saxlamaq istəyib, amma cavab verən olmayıb:
    Elşad Barat "BİZON"un içərisindən çıxan şüənin şəkilini paylaşaraq yazıb:

    “Sol əlimdəki şüşə sağ əlimdəki bizonun içindən çıxdı. Qapağı açdım, xırda-xırda şüşələr ilk qurtumda getdi. Yaxında ölüb eləsəm, səbəbi Bizondur. Qabın üzərindəki qaynar xəttə zəng etdim, nömrə borcdan bağlıdır. Bunlar nə etmək istəyir? Milləti qırmaq?”
    PAYLAŞ:

    Oxşar xəbərlər