NASA Marsa gedəcək adam axtarır

NASA Marsa gedəcək adam axtarır
  • Dünya / Maraqlı

  • NASA Mars üçün namizəd axtarır.

    AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NASA bir il davam edəcək Mars simulyasiyalarında iştirak edəcək heyət üzvlərini axtardığını açıqlayıb.

    Məqsəd Aya və Marsa insanlı kosmik missiyalarda mümkün problemlərin qarşısını almaq və texnologiyanı inkişaf etdirərək tədqiqatlara dəstək verməkdir.

    Müraciət üçün isə bəzi şərtlər var. Belə ki, namizədlər 30-55 yaş arası olmalı, ingilis dilində səlis danışan, sağlam ABŞ vətəndaşı və ya orada daimi yaşayan olmalıdır.

    Aydın
    PAYLAŞ:

    Oxşar xəbərlər