Bu ölkələr yox olmaq təhlükəsi ilə üz-üzə qalıb

Bu ölkələr yox olmaq təhlükəsi ilə üz-üzə qalıb
  • Dünya / Maraqlı

  • Sakit okeanda yerləşən bəzi ada dövlətləri qlobal istiləşmə səbəbindən yox ola bilər.

    Asiya.az
    xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin alimləri "Guardian” nəşrinə məlumat veriblər.

    Alimlər bildirib ki, bölgə ölkələri uzun müddətdir güclü dəniz çəkilmələrindən, siklonlardan, uzun müddət davam edən quraqlıqlardan və yeraltı suların şoranlaşmasından əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, planetin istiləşməsi ilə belə kataklizmlər daha tez -tez baş verəcək.

    "Greenpeace Australia Pacific” təşkilatının araşdırma mərkəzinin rəhbəri Nikola Kazule bildirib ki, bu hallar Kiribati, Vanuatu və Solomon adaları kimi dövlətləri yaşayış üçün yararsız əraziyə çevirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər