Oğuzda dağlıq ərazidə yanğın başlayıb

Oğuzda dağlıq ərazidə yanğın başlayıb
  • Olay

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

    Asiya.az
    -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər