5 yaşlı qız qurban kəsilib? - Dəhşətli iddia

5 yaşlı qız qurban kəsilib? - Dəhşətli iddia
  • Dünya

  • 5 yaşlı qız qurban kəsilmiş ola bilər.

    Asiya.az
    xarici mediaya istinadən xəbər verir ki, Hindistanda 5 yaşlı qızın qurban kəsildiyi iddia edilir.

    Hindistanda xurafatların nəticəsi olaraq insan qurban kəsmə ayinləri çox yayılıb. Batil inanclar nəticəsində insan qurbankəsmə mərasimlərinə yenisi əlavə edilib. Assam əyalətində bir qrup şəxs 5 yaşlı qızı öldürməkdə şübhəli bilinir.

    Hindistan mediasında yayılan xəbərlərə görə, qızın ötən həftə evdə yatarkən naməlum şəxslər tərəfindən qaçırılması ilə bağlı polisə şikayət edilib.

    Daha sonra Charaideo bölgəsində 5 yaşlı qızın cansız bədəni tapılıb. Kiçik qızın batil inanclı bir qrup tərəfindən qurban edilməsi ilə bağlı iddialar səsləndirilib.

    Belə ki, kiçik qızın cəsədinin tapıldığı gecə Singlu çayında, çayın sahilində qırmızı parça, kül və qurbankəsmə mərasimlərində istifadə olunan materialların tapıldığı bildirilib.

    Faktla bağlı araşdırmalar aparılır.

    Aydın
    PAYLAŞ:

    Oxşar xəbərlər