Azərbaycanda ana 1 yaşlı övladını suda boğdu- Foto

Azərbaycanda ana 1 yaşlı övladını suda boğdu- Foto
  • Olay

  • Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

    Asiya.az
    “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

    Belə ki, həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

    Qaynarinfo-ya adının çəkilməsini istəməyən kənd sakinlərindən birinin verdiyi məlumata görə, gəlin ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən qadın yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan şor kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb.

    Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından 3 ilin gəlini olan qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə tələf olub.

    Gəlinin qayınatası Nəzərov Əli Polad oğlu, həyat yoldaşı isə Nəzərov Hökməli Əli oğludur.

    Hadisə ailə münaqişəsi zəminində baş verib.

    Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Hadisə ilə bağlı prokurorluq məlumat yayıb. Məlumatda bildirilir ki, Avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Biləsuvar Rayon Prokurorluğundan Oxu24.com-a verilən verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atıb, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.

    Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda istintaq davam edir.

    Azərbaycanda ana 1 yaşlı övladını suda boğdu- Foto
    Azərbaycanda ana 1 yaşlı övladını suda boğdu- Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər