Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanıldı - VİDEO

Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanıldı - VİDEO
  • Manşet / Hadisə

  • Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Asiya TV
    xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qurban Sadıqov və Elnur Mahmudov tutulub. Yaxalanan şəxslərin üzərinə baxış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər