İranda koronavirusdan ölənlərin sayı 96 mini ötdü

İranda koronavirusdan ölənlərin sayı 96 mini ötdü
  • Dünya

  • İranda ötən sutka ərzində 620 nəfər koronavirusdan (COVID-19) ölüb.

    Asiya.az
    Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

    Bununla da İranda bu virusdan ölənlərin sayı 97 828 nəfərə yüksəlib.

    Ölkədə ötən 24 saat ərzində 36 736 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 425 821 nəfərə çatıb. Virus daşıyıcılarından 7 323 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

    İranda indiyədək 3 728 940 nəfər koronavirusdan sağalıb, 27,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

    Ümumilikdə, İranda təxminən 19 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 15 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4,07 milyon təşkil edir.

    Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 30 rayon sarı zona hesab olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər