“Taliban” Kabilə döyüşsüz daxil olub

“Taliban” Kabilə döyüşsüz daxil olub
  • Dünya

  • "Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar.

    Asiya.az
    "TASS” agentliyinə istinadla xəbər verir ki, "Taliban” silahlıları Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alıb.

    Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval Kabilə hücum edilməyəcəyini, hakimiyyətin sülh yolu ilə təhvil veriləcəyini bəyan edib.

    Öz növbəsində "Taliban” hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçiriblər və şəhərdən çıxmaq istəyənlərə toxunmaycaqlarını bildiriblər.

    Qeyd edək ki, prezident Məhəmməd Əşrəf Qani administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana gəlib.
    PAYLAŞ:

    Oxşar xəbərlər