Ərkivanın yeni Ərazi nümayəndəsi Əhməd Əhmədov kimdir? – DOSYE

Ərkivanın yeni Ərazi nümayəndəsi Əhməd Əhmədov kimdir? – DOSYE
  • Siyasət / Araşdırma

  • Masallı rayonu Ərkivan qəsəbə sakini Əhməd Əhmədov Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədovun müvafiq əmrinə əsasən Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

    Asiya.az
    xəbər verir ki, Əhməd Əhmədov 2002-ci ildən bu günə kimi Masallı RİHB-nın Ərkivan ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışırdı
    Ərkivanın yeni Ərazi nümayəndəsi Əhməd Əhmədov kimdir? – DOSYE
    Əhməd Əhmədov 12 sentyabr 1961-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub.
    O, 1979-cu ildə Bədirli kənd orta məktəbinin məzunu olub.
    1980-1982-cü illərdə Sovet Ordu sıralarında xidmət edib. Bölmə komandirinin müavini olub.
    1983-1988-ci illərdə N.A.Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını (D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsitutu, qiyabi təhsili üzrə) bitirib.
    İşləyə-işləyə təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 2 nömrəli Bakı Şərab Zavodundan başlayıb.
    1983-1984-cü illərdə Masallı Quraşdırma İdarəsində çalışıb.
    1984-1992-ci illərdə Masallı Tara Müəssisəsində işlərkən kiçik mühasiblikdən baş iqtisadçı vəzifəsinə qədər yüksəlib.
    2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
    İşlədiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrə layiq görülüb.
    Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
    Ailəlidir. 2 qızı, 1 oğlu, 7 nəvəsi var.

    Ərkivanın yeni Ərazi nümayəndəsi Əhməd Əhmədov kimdir? – DOSYEQeyd edək ki, Ərkivan qəsəbəsinin Ərazi nümayəndəsi Sabiq Cahangirov isə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.
    Hər iki ərkivanlıya gələcək işlərində uğur arzu edirik.
    Cəfər Cəfərov, Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər