Bakıda Ronaldonun iştirakı ilə keçiriləcək oyuna biletlər satışa çıxarılır - QİYMƏTLƏR

Bakıda Ronaldonun iştirakı ilə keçiriləcək oyuna biletlər satışa çıxarılır - QİYMƏTLƏR
  • İdman

  • Dünya çempionatı-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

    Asiya.az
    xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

    Millimizin Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya ilə oyununa biletləri "iticket” mobil tətbiqi, veb-saytı və ya "Gənclik Mall” və "28 Mall”da yerləşən "iticket” bilet satış məntəqələrindən əldə etmək olar.

    Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

    Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

    Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.

    Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər