Avropa İttifaqı “Taliban”ı tanımaq niyyətində deyil

Avropa İttifaqı “Taliban”ı tanımaq niyyətində deyil
  • Dünya

  • Avropa İttifaqı (Aİ) “Taliban” hərəkatı ilə texniki əlaqələri saxlasa da, siyasi danışıqlar aparmır və onu tanımaq niyyətində deyil.

    Asiya.az
    -ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Madriddə Avropa institutları üçün fəaliyyət göstərmiş əfqanıstanlı mühacirlərin müvəqqəti qəbul mərkəzini ziyarətindən sonra deyib.

    “Aİ “Taliban”la operativ təmaslar qurur. Bu, həyatları xilas etmək üçün lazımdır, amma heç bir siyasi müzakirədən və tanınmadan söhbət getmir”, - deyə o bildirib.

    Ursula von der Leyen Aİ-nin “Taliban”ın sözlərini eşitdiyini, lakin bu sözlərin hər şeydən öncə hərəkatın əməlləri və davranışları ilə ölçüləcəyini qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər