"Heydər Əliyevin hakimiyyətə gəlməsinə Elçibəy şərait yaratdı" - Fazil Mustafa

"Heydər Əliyevin hakimiyyətə gəlməsinə Elçibəy şərait yaratdı" - Fazil Mustafa
  • Siyasət / Manşet

  • “Azərbaycan seqmentində Əşrəf Qaninin qaçışını mərhum Əbülfəz Elçibəyin Bakını tərk etməsi ilə müqayisə edənlər ortaya çıxıb. Əvvəla, Əbülfəz Elçibəy Bakını tərk edərkən özü ilə nə xalqının pulunu, nə də bir qram qızılını götürməmişdi. Əşrəf Qaninin isə özü ilə 100 milyonlarla pul götürdüyü haqda xəbərlər var. Odur ki, bu, uğursuz müqayisədir”.

    Asiya.az
    -ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

    Deputat qeyd edib ki, Əbülfəz Elçibəyin arxasında ABŞ və ya o böyüklükdə hansısa başqa bir güc dursaydı, Azərbaycan belə bir problemi qətiyyən yaşamazdı: “Ancaq dünyadakı erməni mafiyası, Rusiya və İran birləşərək onun hakimiyyətdən getməsini təmin etdilər. Bu baxımdan da müqayisə uğursuzdur. Başqa bir məqam odur ki, Əbülfəz Elçibəy ölkəsini tərk etmədi, sona qədər Azərbaycanda qaldı. Həm də o dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsinə Elçibəy şərait yaratdı. Bu da onun əsl vətənpərvərliyini göstərdi. Yəni hakimiyyətdən getsə də, ölkənin dağılmaması üçün daha güclü bir liderin hakimiyyətə gəlməsinin zərurətini hiss etdi. Əşrəf Qani isə özündən sonra dövlətin taleyini düşünmədi, pul götürüb ölkəsini tərk etdi. Əslində, Qani qalmalı və “Taliban”la məsələləri çözüb sonra getməli idi”.
    PAYLAŞ:

    Oxşar xəbərlər