Lerikdə meşə ərazisində yanğın baş verib

Lerikdə meşə ərazisində yanğın baş verib
  • Olay

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonu, Haftonu kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

    Asiya.az
    -ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    İlkin məlumata əsasən dağlıq ərazidə 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər