Ağsuda 10 hektarlıq ərazi yanır

Ağsuda 10 hektarlıq ərazi yanır
  • Manşet / Olay

  • Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

    Asiya.az
    FHN saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    İlkin məlumata əsasən dağlıq ərazidə 10 ha sahədə kol-kos yanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər