İranla Əfqanıstan arasındakı bütün sərhəd məntəqələri açıqdır

İranla Əfqanıstan arasındakı bütün sərhəd məntəqələri açıqdır
  • Dünya

  • İran-Əfqanıstan sərhədindəki bütün keçid məntəqələri açıqdır və işlək vəziyyətdədir.

    Asiya.az
    "İRNA”ya istinadən xəbər verir ki, bunu İran gömrüyünün rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib.

    "Milak sərhəd-keçid məntəqəsi də daxil olmaqla Əfqanıstanla bütün sərhəd məntəqələri açıqdır, iki ölkə arasında ticarət sərhəd məntəqələri vasitəsi ilə həyata keçirilir”, Seyid Ruhullah deyib.

    Avqustun 10-da İran-Əfqanıstan Ticarət Palatasının rəhbəri Hüseyn Səlimi Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda iki ölkə arasında ticarətin tamamilə dayandırıldığını söyləmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər