Etibar Pirverdiyev bankını, torpaq sahələrini, fındıq bağlarını satıb, aradan çıxır... - İDDİA

Etibar Pirverdiyev bankını, torpaq sahələrini, fındıq bağlarını satıb, aradan çıxır... - İDDİA
  • Araşdırma / Cəmiyyət

  • Etibar Pirverdiyev deyəndə adamın ağlına rəhmətlik Mirzə Ələkbər Sabirin zülmətlə bağlı misraları düşür.

    Söhbət Azenerji-nin keçmiş prezidenti Ertibar Pirverdiyevdən gedir.
    Bəli, bu adam zamanında Azərbaycanı zülmətə qərq etmiş insandır. Dövlətin milyonlarını tala, dağıt, mənimsə və günün birində dövlətin strateji obyekti olan Mingəçevir İES-də qəza baş versin, dövlətə 500 milyon ziyan dəysin.
    Sən də heç nə olmamış kimi özün üçün yaşa.
    Bu məsələ barədə çox yazıldığı üçün üzərində izafi dayanmırıq.
    Ancaq bir məsələ barədə nədənsə az yazılır, ümumiyyətlə, bu barədə informasiya qıtlığı var.
    Söhbət 3 rəngli Azərbaycan bayrağı üçün inşa edilmiş Bayraq meydanından gedir.
    Ümumiyyətlə, dünyada elə obyektlər var ki, olduğu ölkənin simvoluna çevrilir. Məsələn, Paris deyəndə hamının ağlına Eyfel qülləsi gəlir.
    Bakı deyəndə isə, çox vaxt Qız Qalası yada düşür. Ancaq Bayraq meydanı da bizim müasir simvollarımızdan biridir.
    Bu meydanın tikilməsi üçün dövlət külli miqdarda vəsait ayırdı, hətta dünyadakı bayraqların hündürlüyünə görə, bizim bayraq da ən hündür yerlərdən birində olmalıydı.
    Məlumdur ki, Bayraq meydanının tikintisi Etibar Pirverdiyevə həvalə olunmuşdu.
    Təəssüf ki, Etibar Pirverdiyev millət üçün vacib olan meydanın tikintisini də özü üçün qazanc mənbəyinə çevirdi. Və həmin meydanda dəfələrlə çökmə oldu, müxtəlif problemlər yaşandı və s.
    Ancaq bu günədək Etibar Pirverdiyev buna görə, məsuliyyətə cəlb olunmayıb.
    Redaksiyamıza daxil olan məlumata görə, hazırda Bayraq meydanı məsələsi ciddi araşdırılır. Və Etibar Pirverdiyevin həbsi qaçılmazdır.
    Bunu hiss edən Etibar Pirverdiyev vəziyyətdən az itkilərlə çıxmağa çalışır. Necə ?
    Deməli, Etibar Pirverdiyev ölkədəki bütün obyektlərini, mülklərini satıb aradan çıxmaq istəyir.
    Bəli, bu yaxın günlərdə bəlli oldu ki, Etibar Pirverdiyev Xaçmazda ona məxsus torpaq sahəsini 1.6 milyona satıb. Bu boyda torpaq sahəsini Etibar hansı pulla ələ keçirib.
    Etibar Pirverdiyev ona məxsus olan mal-qara, dəvə fermalarını da satışa çıxarıb.
    Son məlumatlara görə, cənab Etibar Pirverdiyev ona məxsus Ekspress bankı satmağa hazırlaşır.
    Bəli, 10 il əvvəl Belorusiyada kartof, soğan satan Etibar Pirverdiyev bu gün Bakıda bank sahibidir.
    Görəsən, Pirverdiyevin əli çox aşağıdırmı, bankını da satışa çıxarıb ?
    Əlbəttə, əli aşağı deyil. Sadəcə, o da digər məmurlar kimi hər şeyini satıb, məmləkətə əlvida deməyə hazırlaşır.
    Etibar Pirverdiyev onsuz da əmlakının çoxunu çoxdan Londona “transfer” edib. Bəli, cənab Pirverdiyevin qızı Dünya Pirverdiyeva neçə illərdir ki, atasının Londondakı biznesini idarə edir.
    Məlumat üçün qeyd edək ki, Etibar Pirverdiyevlə sabiq rabitə naziri Əli Abbasov qudadır, yəni Əli Abbasovun oğlu Eldarla Dünya xanın ər-arvaddır.
    Əlbəttə, Dünya xanım və Eldar bəy gənc yaşlarında milyonlarla pulu qazana bilməzdilər. Hər ikisi atalarının Azərbaycan dövlətindən və xalqından oğurladığı yüz milyonları uzaq Londonda dövriyyəyə buraxıblar.
    Etibar Pirverdiyev haqqında lap təzə məlumat odur ki, bu adam fındıq bağlarını da satışa çıxarıb. Alıcı isə ölkənin tanınmış məmurıarından biridir. //gundelik-baku.com
    PAYLAŞ:

    Oxşar xəbərlər