Sürücü YPX avtomobilində polisə nə verir? - VİDEO

Sürücü YPX avtomobilində polisə nə verir? - VİDEO
  • Araşdırma / Olay

  • “24saat.az”-a Yol Patrul Xidməti əməkdaşlarının sürücüdən rüşvətalma anını əks etdirən video daxil olub.

    Asiya TV
    xəbər verir ki, yol hərəkəti qaydasını pozan sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən “99YP447” Dövlət nömrə nişanlı xidməti avtomobilə dəvət edilərək, onunla söhbət edilir.
    Bir qədər sonra sürücü xidməti avtomobili tərk edərək, öz avtomobilinə sarı gedir. Oradan nə isə götürüb yenidən YPX avtomobilinə əyləşib gətirdiyini polisə verir.
    Doğrudur, sürücünün polisə nə verdiyi videoda aydın görsənmir.
    Amma, ortaya bəzi qaranlıq suallar çıxır.

    Yol Patrul Xidməti əməkdaşları həmin sürücünü hansı qayda pozuntusuna görə saxlamışdı?
    Ona inzibati protokol yazıldımı?
    Sürücü nə üçün iki dəfə YPX avtomobilinə əyləşdi?
    Sürücü polisə nə verdi?

    Güman edirik bizə qaranlıq qalan suallara Bakı Şəhər Baş Polis İdarəsi aydınlıq gətirəcək.
    Asiya TV
    PAYLAŞ:

    Oxşar xəbərlər