FHN Heydər Əliyev prospektində yanğının söndürülməsinin görüntülərini yayıb - VİDEO

FHN Heydər Əliyev prospektində yanğının söndürülməsinin görüntülərini yayıb - VİDEO
  • Manşet / Olay

  • Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Heydər Əliyev prospektində baş verən yanğınla bağlı məlumat yayıb.

    Asiya.az
    -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın hadisəsi barədə məlumat daxil olub. Belə ki, hadisə barədə saat 14:35-də daxil olan məlumat əsasında 6 dəqiqə sonra, yəni saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.

    Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq 9 dəqiqə sonra - saat 14:50-də məhdudlaşdırılmaqla, saat 15:00-da tam söndürülüb.

    İlkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplasdan ibarət üzlük 250 kv.m. sahədə yanıb. Hasar üzlüyünün qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər