"Tağıyevin heykəli sabah quraşdırılacaq" - Heykəltəraş

"Tağıyevin heykəli sabah quraşdırılacaq" - Heykəltəraş
  • Mədəniyyət

  • “Hacı Zeynalabdin Tağıyevin heykəli sabah quraşdırılacaq”.

    Asiya.az
    xəbər verir ki, bu barədə heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

    “Heykəlin quraşdırılacağı ərazidə işlər yekunlaşıb, postament də artıq hazırdır”, - o deyib.

    Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

    Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının qarşısında ucaldılacaq.
    "Tağıyevin heykəli sabah quraşdırılacaq" - Heykəltəraş
    PAYLAŞ:

    Oxşar xəbərlər