ONUN BÖYÜK ÜRƏYİ - Qənirə Paşayeva Mehriban Əliyevadan yazdı

ONUN BÖYÜK ÜRƏYİ - Qənirə Paşayeva Mehriban Əliyevadan yazdı
  • Araşdırma / Cəmiyyət

  • Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür.
    Sosial medianın Azərbaycan sektoru Mehriban xanımın Vətənə sədaqətlə xidmətini təcəssüm etdirən foto, video materiallara, səmimiyyət dolu yazılara qərq olub.
    Dünya azərbaycanlılarının, ölkə vətəndaşlarının, vətəndaş cəmiyyəti institutlarının, ziyalıların, mədəniyyət, incəsənət xadimlərinin, ictima-siyasi xadimlərin ürək sözləri, yazıları ilə tanış olduqca qürur hissi keçiririk.
    Çünki bu paylaşımlarda, yazılarda səmimiyyət var, məhəbbət var, sayğı var. Çünki xalqımız qədirbiləndir.
    Mehriban xanımın həyat və fəaliyyəti öz doğma xalqına, əziz Vətənə, dövlətə xidmətin örnəyidir.
    Heç kəsə sirr deyil ki, gənc qızlar, Azərbaycan xanımları öz gərgin əməyi, istedadı, vətəncanlılığı, xeyirxahlığı ilə həyatda uğur qazanan qadın obrazı olaraq məhz Mehriban Əliyevanı görür, onu özünə örnək alır.
    Mehriban xanımın beynəlxalq miqyasda qazandığı uğurlar, onun Azərbaycan qadınını, Azərbaycan ziyalısını yüksək səviyyədə təmsil etməsi isə xüsusi ilə qeyd edilməlidir. Çox şadam ki, Birinci vitse-prezidentin həyat və fəaliyyəti təqdirlə tədqiq olunmaqla, artıq neçə-neçə kitaba mövzu olub, dəfələrlə mükafatlara layiq görülüb.

    Mehriban xanımın Azərbaycan Respublikasında Birinci Xanım institutunun uğurlu fəaliyyətində müstəsna əməyi olduğu danılmazdır. Öz fəaliyyətini bu institutun dünyadakı qabaqcıl örnəklərinə uyğun şəkildə quran Mehriban xanımın nəcib və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, eləcə də beynəlxalq ictimaiyyətin diqqətini çəkmişdir. Heç təsadüfi deyil ki, Mehriban xanım Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri seçilmişdir. Bu, hələ 2004-cü ilin avqustunda baş vermişdir.
    2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə, qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyinə görə Mehriban xanım Əliyeva ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
    Mehriban xanım bir cox xarici dövlətin nüfuzlu orden və medalı, çoxsaylı ictimai təsisatın mükafatları ilə
    təltif edilmişdir.
    Bunlar uğurlu fəaliyyətin beynəlxalq miqyasda tanınması, öyrənilməsi, etirafı və dəyərləndirilməsinin ifadəsidir.
    Əlbəttə, beynəlxalq dəyərləndirmə ilk növbədə ölkədaxilində həyata keçirilmiş böyük layihələr, bənzərsiz ideyalar və onların parlaq nəticələri ilə sıx bağlıdır.
    Daxili siyasət sahəsində Mehriban xanımın əsas fəaliyyət istiqamətləri hansılardır? - Ən yığcam şəkildə ifadə edəsi olsaq, bu, 10 istiqamətləri mütləq fərqləndirməliyik:
    1. Dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili;
    2. Əhalinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı;
    3. Əhalinin sağlamlığının qorunması;
    4. Sosial baxımdan daha həssas əhali qruplarının, o cümlədən məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən, digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və b.-nın problemlərinin həlli;
    5. Şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğının təmin olunması;
    6. Xalqımızın yaratdığı milli mədəniyyət və incəsənət örnəklərinin, ənənələrin öyrənilməsi, onların bərpası, habelə yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması;
    7. İdman hərəkatının davamlılığının təmin olunması;
    8. Ekoloji problemlərin həllinə dəstək göstərilməsi;
    9. Böhran zamanı təsirli idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin gerçəkləşdirilməsi;
    10. İşğaldan azad olunan torpaqlarımızın bərpasında humanitar missiyanın həyata keçirilməsi, yasayış məntəqələrimizin yüksək zövlqlə abadlaşdırılması və s.
    Əlbəttə, bunlar Mehriban xanım Əliyevanın xususi tohfələr verdiyi əməli fəaliyyət sahələrinin tam siyahısı deyil. Mehriban xanımın həyat və fəaliyyəti böyük kitabların, irimiqyaslı əsərlərin mövzusudur.
    Bayaq da vurğuldığımız kimi, belə kitablar, əsərlər yazılıb, yazılır, gələcəkdə də yazılacaqdır.
    Bununla belə, Mehriban xanim Əliyevanın həyat və fəaliyyətinin hər hansı hissəsinə diqqət yetirdikdə də, onun Böyük Ürəyini, Vətəncanlılığını, xeyirxahlığını görməmək və ona vurulmamaq mümkün deyil!

    Ölkəmizin çiçəklənməsi yolunda xidmətin özünəxas modelini yaratmış hörmətli Mehriban xanımı adgünü münasibəti ilə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli islərində yeni uğurlar diləyirəm!
    Uğur Mehriban xanıma çox yaraşır!
    Qənirə Paşayeva,
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər