Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR

  • Dünya

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada Bosniya müsəlmanlarının lideri, “Demokratik Fəaliyyət Partiyası”nın rəhbəri Bakir İzetbeqoviçin qızı Yasminanın iş adamı Çamil Humaçkiçlə toyunda nikah şahidi olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə “Radiosarajevo” nəşri məlumat yayıb.

    Türkiyə lideri ailə üzvləri ilə birlikdə Sarayevoya gəlib. Yerli əhali Prezident Rəcəb Tayyib Ərdoğanı, xanımı Əminə Ərdoğanı, oğlu Bilalı və gəlini Reyvanı alqışlarla qarşılayıblar.

    Ərdoğan, həmçinin 1992-1995-ci illər müharibəsi zamanı bosniyalıların lideri Aliya İzetbeqoviçin məzarını və Türkiyənin maddi dəstəyi ilə bərpa edilən Qazi Hüsrev bəy məscidini ziyarət edib.

    Bildirilir ki, toy şəriət qanunlarına uyğun olaraq keçirilib.

    Qeyd edək ki, Bakir İzetbeqoviç ölkənin ən nüfuzlu müsəlman siyasətçilərindən biri hesab olunur. Ərdoğanla dostluq münasibətləri yalnız yaşlı ailə üzvləri tərəfindən deyil, övladları tərəfindən də qorunur.
    Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR
    Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR
    Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR
    Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR
    Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR
    Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR
    Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR
    Ərdoğan Bosniya müsəlmanları liderinin qızının toyunda şahidlik edib - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər