Masallı QƏHRƏMANLAR PARKInda təmir işləri davam edir - VİDEO/FOTO

Masallı QƏHRƏMANLAR PARKInda təmir işləri davam edir - VİDEO/FOTO
  • Sosial / Manşet

  • Masallı şəhərinin mərkəzi hissəsində YAP Masallı Rayon Təşkilatının binası ilə üzbəüz ərazidə yerləşən “Qəhrəmanlar parkı”-nda təmir işləri davam edir.

    Asiya TV
    xəbər verir ki, qəhrəmanlıq simvolu olan kompozisiya qurulan parkda qara mərmər üzərində Masallı rayonundan olan şəhidlər haqqında qısa məlumat verilir.

    Bu kompozisiyanın sol tərəfində Milli Qəhrəman adı qazanmış üç, sağ tərəfində Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş iki Masallı qəhrəmanının büstü qoyulacaq.
    Parkın sol və sağ tərəflərində isə 1-ci və 2-ci Qarabağ Müharibəsində şəhid olmuş 242 Masallı şəhidinin mərmər lövhələrə həkk olunmuş şəkilləri vurulacaq.
    Təmir işlərinin cari ilin noyabr ayına kimi tam yekunlaşdırılması nəzərdə tutulur. 10 noyabr - Zəfər Günündə parkın təntənəli açılışı gözlənilir.
    Masallı QƏHRƏMANLAR PARKInda təmir işləri davam edir - VİDEO/FOTO
    Masallı QƏHRƏMANLAR PARKInda təmir işləri davam edir - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər