Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO

Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
  • Sosial / Manşet

  • Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunur və o, vəzifəsinin icraasına başladığı ilk aylardan Sumqayıt şəhəri ərazisində özünəməxsus idarəçiliyin tətbiq olunduğu “krallıq üsul-idarəsi” yaradır desək, bəlkə də yanılmarıq. Çünki, media resursları üzərindən əldə etdiyimiz məlumatlardan da aydın olur ki, Zakir Fərəcovun yaratmış olduğu “krallığın ərazisinə” qeyri-rəsmi qaydalar əsasında olsa belə Abşeron və Laçın rayonları da daxil edilib.

    Ümumiyyətlə, bu şəxsin icra başçısı olaraq 16 illik böyük iş təcrübəsi var və o, ötən illər ərzində o qədər var-dövlətə, biznes şəbəkəsinə və s. sahib olub ki, bu gün onların siyahısını sadalamaqla heç cür qurtarmaq olmur. Meydan TV kanalının yaradıcılarından olan Həbib Müntəzirin facebook-da yaydığı Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olduqda bəlli olur ki, Sumqayıtda "Şahanə" şadlıq sarayı, Novxanıda dəniz kənarında "Kalyon" restoranı, Yeni Bulvar ərazisində “Dəniz”restoranı, Sumqayıtın girişində “OS- OİL”, Sumqayıtda "İST" petrol (50% onundur), Sumqayıtda "Səda Store", 13-cü mikrorayonda "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik), Sumqayıt bulvarına bitişik yaşayış massivi, Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, suşi və balıq restoranı, Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı, Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı olan müəssisə, bir neçə şirkətlər, bahalı mənzillər, villalar və s. Zakir Fərəcova məxsusdur.

    Qeyd etmək yerinə düşər ki, 2015-ci ildən bugünə kimi Sumqayıta rəhbərlik edən bu şəxs, hal-hazırda da şəhər ərazisində elə bir müdhiş idarəçiliyini həyata keçirir ki, bir kimsə onun icazəsi olmadan hansısa daşı-daş üstə qoya bilmir. Bir sözlə, Sumqayıtın hər kvm ərazisi Zakir Fərəcovun şəxsi nəzarəti altında olduğundan, görülməli olan hər iş üçün şəxsən onun icazəsi olmalıdır. Bir anlığa diqqət yetirək ki, şəhərin ən mənzərəli ərazilərindən biri olan, dənizkənarı sahildə yerləşən, sakinlərin daha çox istirahət etdikləri “Göyərçin” abidəsinin sol tərəfində “Nəsimi” parkının bir hissəsi yerləşir.

    Sakinlərin bu parka girişi üçün iki pilləkan olsa da, pilləkanlardan biri, hansı ki, sağ hissədəki pilləkan Zakir Fərəcovun xeyr-duası səbəbindən tamamilə zəbt olunub. Yəni, həmin ərazidə "PROUD fost food & Drink" adı ilə mövsümi köşk “fəaliyyət göstərir”. Təəccüb doğuran hal odur ki, bu mövsümi köşkün fəaliyyət istiqaməti uzun müddətdir ki, tamamilə dəyişdirilib və hal-hazırda ondan dönərxana, çayxana kimi istifadə olunmaqdadır.

    Bu yöndə araşdırma apararkən, məhz çatdırılan məlumatların həqiqiliyini öz gözlərimizlə gördük. Hətta, belə bir məlumat da əldə edə bildik ki, qeyd olunan ərazidə "PROUD fost food & Drink" adlı mövsümi köşkün, yəni bu obyektin dönərxana və çayxana (Bir çaynik sadə çay- 4 manata satılır)kimi fəaliyyət göstərməsi üçün heç bir hüquqi sənəd yoxdur. Daha biabırçı halın varlığı isə, mövsümi köşk adı altında fəaliyyət göstərən "PROUD fost food & Drink"də spirtli içkilərin, tütün məmulatlarının, müxtəlif növ yeməklərin və digər növ ərzaq məhsullarının satışının həyata keçirilməsidir. Tutaq ki, hansısa bir ailənin üzvləri, azyaşlı övladları, yaxın qohum-əqrəbası, dost-tanışı və digərləri “Nəsimi” parkına keçib istirahət etmək istəyirlər. O halda ailənin üzvü olan qız-gəlinlər, yaşlılar, uşaqlar parkın giriş hissəsində fəaliyyət göstərən həmin çayxananın orta hissəsindən keçməyə, hətta sərxoş vəziyyətdə olan bəzi şəxslərin xoşagəlməz danışıqlarını eşitməyə də məcbur olurlar. Parka girişin sol hissəsindəki pilləkan sağ hissədəki pilləkana yaxın olduğundan, oxşar mənzərə burada da yaşanır və bir növ eyniyyət təşkil edir. Belə bir vəziyyətin varlığı şəhər sakinlərini olmazın biyabırçılıqları ilə üz-üzə qoyur.

    Yerində apardığımız araşdırmalardan məlum oldu ki, "PROUD fost food & Drink"də istifadə olunan elektrik enerjisinin, içməli suyun heç bir yerdə, heç bir rəsmi sənəddə qeydiyyatı yoxdur. Buna baxmayaraq, şəhərin elektrik şəbəkə sistemində hansısa problem əmələ gəlib işıqlar tam şəkildə sönsə də, bu obyektə təqribən 300-400 metr aralı məsafədən qeyri-qanuni çəkilmiş üçfazalı elektrik xətti qoşulu olduğundan, "PROUD fost food & Drink"də heç zaman işıqlar sönmür. Unutmaq olmaz ki, illər öncə “Nəsimi” parkına girişin sağ hissəsində fəaliyyət göstərən çayxananın ərazisində sakinlərin rahat istirahət etmələri üçün 10 ədəd oturacaq olsa da, bu gün həmin oturacaqlardan yalnız 3 ədədi qalıb.

    Buna əsas səbəb, “başbilənlər”in həmin oturacaqlardan 7 ədədini söküb götürmələri, qeyd olunan ərazini genişləndirmələri və həmin yerdə çay satışını həyata keçirmək üçün, plastik stol və stullarını qoymaları olub. Unutmaq olmaz ki, bu yöndə addımların atılması üçün, ortada şəxsən Zakir Fərəcovun razılığının olduğu bildirilir.

    Hələ, bunlar harasıdır? Parkın iç hissəsindəki “Bibər Pizza” restoranına aid sənədlərin qaydasında olduğu söylənilsə də, restoranın ətrafına qoyulmuş stol və stulların, hansı ki, çayxananın fəaliyyət göstərməsinə əsas verən hüquqi sənədin olmadığı da söylənilir.

    “Panorama” restoranının qarşısına qoyulmuş 3 ədəd stol və stulun da, məhz qeyri-qanuni yolla qoyulduğu iddia olunur. Daha təhlükəli halın varlığı parkın iç hissəsindəki uşaq oyuncaqlarının istifadəsi üçün elektrik xətlərinin tələb olunan qaydalara uyğun çəkilməməsi və insanların həyatı üçün təhlükə törətməsidir. Yəni, elektrik xətləri avadanlıqlara elə vəziyyətdə qoşuludur ki, həmin yerdə hansısa vaxtda faciənin baş verməsi qaçılmazdır.

    Redaksiyamıza daxil olan ilginc məlumatlarda o da qeyd olunur ki, yaxın vaxtlarda “Göyərçin” abidəsinin sol tərəfində, hansı ki, “Nəsimi” parkının giriş hissəsində 50 kvm sahə icra başçısı Zakir Fərəcov tərəfindən oliqarx bir məmura satılacaq. Əgər Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının belə bir planı baş tutarsa, o halda qeyd olunan ərazidə ən azından 100 ədəd ağacın, hansı ki, 50-60 illik ağacların taleyinə “hökm oxunacaq”. Odur ki, baş verə biləcək “qətliam”la bağlı indidən aidiyyatı dövlət qurumlarını məlumatlandırmağı özümüz üçün borc bildik ki, sabah gec olmasın.

    Bütün bunlar onu sübut edir ki, hazırda Zakir Fərəcov Sumqayıtı “kral üsul-idarəsi” ilə idarə edir və onun hər bir əmr və tapşırığı, sanki şahın qanun olduğu məmləkətlərdən də daha keçərli olur. Belə bir səbəblər üzündəndir ki, bu gün icra başçısına pərəstiş edənlər, ona bağlı olanlar, verilən hər bir tapşırığa “baş üstə” deyənlər və s-lər, bir növ dolanışıqlarını təmin etməyə nail olublar, yeri gəldikdə söz sahibinə də çevriliblər.

    Bu şəxsin doğmalarına, yaxınlarına, qohum-əqrəbasına və ona bu və ya digər yollarla bağlı olanlara “yaşıl işıq” yandırması isə, məhz başqa bir söhbətin mövzusudur. Adi bir misal çəkək, icra başçısı Zakir Fərəcov doğma oğluna elə bir imkan, elə bir şərait yaradıb ki, bir kimsə ona “qaşın üstə qara var” deyə bilməz. Məsələn, Sumqayıtda dənizkənarı ərazidə bu şəxsin oğlunun sahiblik etdiyi “Posidion” restoranı var.

    Adı çəkilən bu restoranda hər cür lazımi şərait yaradılıb və misal olaraq qeyd edək ki, bu obyektdə bir çay dəsgahı 27 manata satılır. Bundan əlavə, Sumqayıt şəhəri üzrə bütün dayanacaqlara köşklərin quraşdırılması, yaxud da sökülməsi və s. kimi səlahiyyətlər, Zakir Fərəcov tərəfindən doğma bacısının oğluna verilib.

    Qeyd etdiklərimiz baş verənlərin olduqca cüzi bir hissəsidir. Odur ki, Sumqayıtda həyata keçirilən belə bir idarəçiliyin varlığı səbəbindən, birdən bir kimsə eşitdi ki, şəhərin simvolu olan “Göyərçin” abidəsi sökülür və onun yerində şəhərin “əbədi və əzəli kralı” obyekt inşa etdirir, o halda heç kim təəccüblənməsin. Çünki, təəccüblənməyə əsas yoxdur. Buna da səbəb, Zakir Fərəcovun külli ixtiyar sahibi olmasıdır.

    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    Zakir Fərəcov Sumqayıtda ağlagəlməz işlərə “yaşıl işıq” yandırır - FOTO/VİDEO
    PAYLAŞ:

    Oxşar xəbərlər