Estoniyada yeni prezident seçildi

Estoniyada yeni prezident seçildi
  • Dünya / Siyasət

  • Deputatlar Estoniya Milli Muzeyinin direktoru Alar Karisi ölkənin yeni prezidenti seçiblər.

    Bu barədə ölkənin qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

    Karis ikinci tura çıxan yeganə namizəd olub. 80 nəfərdən 72-si onun lehinə səs verib, 8 bülleten doldurulmayıb.

    Seçkilərdə qalib gəlmək üçün azı 68 deputatın səsi tələb olunur. Birinci turda qələbə qazanmaq üçün Karisin cəmi 5 səsi çatmayıb.

    Qeyd edək ki, Estoniyada ölkə başçısının səlahiyyət müddəti 5 ildir. Bir şəxsin ardıcıl 2 dəfə prezident seçilmək hüququ var.///Report
    PAYLAŞ:

    Oxşar xəbərlər