Həbsdə olan "Azərxalça”-nın sabiq sədrinin oğlu polis rəisi təyin edildi

Həbsdə olan "Azərxalça”-nın sabiq sədrinin oğlu polis rəisi təyin edildi
  • Siyasət / Araşdırma

  • Xəbər verdiyimiz kimi, daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

    Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Asiya.az xəbər verir ki, nazirin əmri ilə Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəisi təyin edilib.

    Məlumata görə, Cavid Muradov həbsdə olan "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun oğludur.

    Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    İttihama görə, Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər