KRİTİ VÜQAR və daha 7 nəfər saxlanıldı - VİDEO

KRİTİ VÜQAR və daha 7 nəfər saxlanıldı - VİDEO
  • Manşet / Hadisə

  • Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb.

    Asiya TV
    xəbər verir ki, şəhər sakinləri - əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına görə 10 il məhkumluq həyatı yaşamış Alı Alıyev, adam öldürdüyünə görə ümumilikdə 21 il məhkum olunmuş və kriminal aləmdə “Kriti Vüqar” kimi tanınan Vüqar Şirinov, eləcə də Tərlan Balıyev, Qafur Qədimalıyev, Xaqani Bayramov, Kənan Gülmalıyev, Rəşad Mahmudov və əvvəllər məhkum olunmuş Faiq Hacıyev saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə ümumi çəkisi 100 qrama yaxın heroin, marixuana və psixotrop maddə olan “patı” kimi tanınan metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

    Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq gedir.
    PAYLAŞ:

    Oxşar xəbərlər