Tələbələrin COVID-19 pasportunun olmasına dair tələb qüvvəyə minib

Tələbələrin COVID-19 pasportunun olmasına dair tələb qüvvəyə minib
  • Sosial / Manşet

  • Bu gündən mülkiyyət formasından asılı olmayaraq, bütün elm və təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

    Asiya.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.

    Eyni zamanda sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olmasına dair tələb də qüvvəyə minib.
    PAYLAŞ:

    Oxşar xəbərlər