Şəhid İlkin Zöhrabovun doğum günüdür - VİDEO

Şəhid İlkin Zöhrabovun doğum günüdür - VİDEO
  • Hərb / Manşet

  • 22 mart 2021-ci il tarixində xidmət keçdiyi Kəlbəcər rayonunda güllə yarasından vəfat edən İlkin Zöhrabovun doğum günüdür.
    İlkin yaşasaydı bu günü 20 yaşını qeyd edəcəkdi.

    Asiya TV
    xəbər verir ki, vəfatından 5 aydan çox vaxt keçməsinə baxmayaraq mərhumun hansı şəraitdə, necə vəfat etməsi barədə hələ ki, rəsmi açıqlama verilməyib.
    Hazırda İlkin Zöhrabovla eyni hərbi hissədə qulluq edən gizirlərdən biri şübhəli şəxs qismində həds edilərək, barəsində cinayət işi açılıb.

    İlkin Zöhrabova şəhidlik statusu verilməsə də o rayon ictimayəti tərəfində şəhid kimi qəbul edilərək doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında Vətən Müharibəsi şəhidlərinin dəfn edildiyi yerdə torpağa tapşırılmışdır.

    Qeyd edək ki, 1 il 6 ayın əsgəri olan İlkin Zöhrabov Vətən Müharibəsi iştirakçısı kimi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
    Allah rəhmət etsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər