Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçildi

Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçildi
  • Siyasət

  • Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib.

    Asiya.az
    xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

    M.Pənahov bildirib ki, məlum olduğu kimi ötən iclasda 125 dairə seçki komissiyası formalaşdırılıb və artıq həmin komissiyalar fəaliyyətə başlayıb.

    MSK sədri bildirib ki, növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır: "Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış seçki məntəqələrin komissiyaların üzvləri heç bir sençki komissiyasında üzv kimi iştirak edə bilməzlər.

    Seçki məntəqələri yenidən formalaşdırılır. Buraxılmış məntəqələrin komissiya üzvləri hazırda heç bir səlahiyyətə malik deyillər".
    PAYLAŞ:

    Oxşar xəbərlər