Azərbaycan paralimpiyaçıları 14-cü qızıl medalı qazanıb

Azərbaycan paralimpiyaçıları 14-cü qızıl medalı qazanıb
  • İdman

  • Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

    BAKU.WS-in məlumatına görə, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

    O, həmçinin paralimpiya rekordunu da qırıb.

    Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

    Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər