Şəhidimizin həyat yoldaşı tələbə oldu - FOTO

Şəhidimizin həyat yoldaşı tələbə oldu - FOTO
  • Sosial

  • 44 günlük Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova tələbə adını qazanıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

    Şəhidin xanımı Odlar Yurdu Universitetinin "Mühasibat” fakültəsinə daxil olub:

    "Oxumaq heç zaman gec deyil. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm.

    Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram. Şəhidin dünyaya təsiri bu olsa, gərək”
    , - deyə o qeyd edib.

    Qeyd edək ki, Fariz Həsənov oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

    O, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə”, "Vətən uğrunda” medalları ilə təltif edilib.
    Şəhidimizin həyat yoldaşı tələbə oldu - FOTO
    Şəhidimizin həyat yoldaşı tələbə oldu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər