Taliblərin QƏLƏBƏNİ QEYD ETMƏSİ 17 nəfərin ölümünə səbəb oldu

Taliblərin QƏLƏBƏNİ QEYD ETMƏSİ 17 nəfərin ölümünə səbəb oldu
  • Dünya

  • Əfqanıstanın Kabil şəhərində taliblərin havaya atdıqları atəş nəticəsində azı 17 nəfər ölüb, 41 nəfər yaralanıb.

    Daha əvvəl dörd nəfərin öldüyü və yeddi nəfərin yaralandığı bildirilmişdi. "Taliban” sözçüsü və şahidlər bildiriblər ki, yaraqlılar hərəkatın nəzarətində olmayan Pəncşir əyalətini ələ keçiriblər və havaya açılan nizamsız atəşlə qələbəni qeyd ediblər. Hadisə zamanı xeyli sayda insan həyatını itirib.

    Hərəkat rəhbərliyinin nümayəndələri tərəfdarlarını atəşi dayandırmağa çağırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər